Сентябрь-7-09

Dənizim.

Автор: imagin

Dənizim … Yenə gəldim …
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi … Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna …
Hər gəlişimdə – bəlkə də bu sondu – deyişimi xatırlayıram …
Amma,kim bilir … bəlkə də bu sondu … Bəlkə də,bu sözümü xatırlamayacam bir də … Bəlkə bu dəfə qucaqlaya bildim səni … Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan … Читать далее »

Метки:
Сентябрь-7-09

Yalan.

Автор: imagin

O mənəm …
Zülmətin işığı oldum bir zamanlar …
Qırmızı, parlaq, işıq.
İndisə sadəcə kölgəyəm …
Korların görə biləcəyi kölgə …
Saxtayam …
Gözlərimdəki parıltı da yalandı …
Mən də yalanam …
Aldandın, sən də? Читать далее »

Метки:
Сентябрь-7-09

Küləklə sovrulanlar.

Автор: imagin

Həyatımı dondurmuşdum bir neçə müddətlik. Bəlkə sadəcə mən elə düşünmüşdüm. Dur demişdim guya … əsən küləyə də, axan suya da, saatın əqrəblərinə də dur demişdim … Getmiyəcəkdilər, tərk eləmiyəcəkdilər …Zaman duracaqdı …
Sonra qaldığım yerdən davam eliyəcəkdim həyata … Читать далее »

Метки:
Сентябрь-7-09

Müharibənin izləri.

Автор: imagin

19 ilimi geridə qoydum, 19 payız yaşadım. Bu 19 ilde çox şeylər gördüm, çox səhnələrə şahid oldum.
Öncə doğuldum. Xöşbəxt idik oralarda. Torpağım mənim, qoruyurdu bizi. Amma biz onu qoruya bilmədik. Müharibə …
Mən tankların kölgəsində böyüdüm. Evimizin pəncərəsindən baxanda 2 nömrəli batalyonun həyəti gorünürdü. Dayım da əsgər idi. Hərdən bizə gəlirdi. Oyuncaq almırdı mənə. Nə gətirirdi bilirsiz? Heç təsəvvürünüzə də gəlməz. Читать далее »

Метки:
Сентябрь-7-09

Uçurum.

Автор: imagin

Ürəyinin səsini eşidirdi. Hər addım onu daha da yaxınlaşdırırdı sona. Bir addım daha … Sonun başlanğıcındaydı artıq. Niyəsə ona elə gəlirdi ki,bu son özü bir başlanğıcdı. Uçmaq istiyirdi … Sadəcə uçmaq …
Uçurumun kənarında xəfif rüzgar üzünü, saçlarını tumarlıyırdı. Bu nəvaziş ona o qədər yad idi ki. Saçına çəkilən son sığalı belə unutmuşdu.
Birdən niyəsə uşaqlığını xatırladı. Kimsəsizliyini … Uşaq evindəki rəfiqələrini. Читать далее »

Метки:
Сентябрь-7-09

Hesabat.

Автор: imagin

Doğma klaviatura … və başladıq.
Hesabat vaxtıdı.
Həyat, bu günə kimi ən yaxşı müəllimim oldu. Bildiklərini simiclik göstərmədən öyrətdi mənə. Öyrəndiyim ilk qayda:
– yalanların, fırıldaqların, səhvlərin, günahların sonu yoxdu bu dünyada.
Hər dəfə, göz yaşları içində “bir daha aldanmayacam” dediyim günləri xatırladım niyəsə. Necə də sadəlövmüşəm bir zamanlar. Читать далее »

Метки: