Bir pessimistin göz yaşları.

Dənizim.
Dənizim … Yenə gəldim …

Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi … Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna …

Hər gəlişimdə – bəlkə də bu sondu – deyişimi xatırlayıram …

Amma,kim bilir … bəlkə də bu sondu … Bəlkə də,bu sözümü xatırlamayacam bir də … Bəlkə bu dəfə qucaqlaya bildim səni … Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan …

Ehh … dənizim mənim …

İndi elə bil,bu dünyada başqa heç kim yoxdu … Bir tək sən və mən … telefonumda da Yorğun Dərviş sənnən oxuyur… O da mənim kimi – bir az yorğun,bir az kövrək … bəlkə də bir az çarəsiz…

Əslində nə o ilk idi,nə mən son …

Biz bəlkə də, sahilində olan bir qum dənəsi, bir qaya parçası … bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün …

Amma sən … sən fərqlisən …

Nədən danışım sənə ? Sevgidən ? Yalanlarını səbəb gətirib, bəhanələr arxasında gizlənən sevgilimdən ? Böyük sevgilərin də kiçildiyinnən, bir gün heç yoxmuş kimi yox olmasınnan danışım ? Unutmağı öyrəndiyimnən də danışım ?

Bəlkə, insanları yanlış tanımağımnan danışım sənə ? Doğma bildiyim insanların bir anda necə yadlaşdığınnan , hələ də gülümsüyüb rol oynamağımnan , sadəcə – artıq heç nə əvvəlki kimi olmayacaq – deyə bilməməyimnən danışım ? Qışqırım bəlkə, – sən belə deyildin axı dostum ?

Noldu sənə ? Niyə dəyişdin ? Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə … Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə, inanacağımı düşünmürəm … Sus …………….

Bir az da qəribəlikdən danışım ?… Başa düşmədiyim insannan … İncidə biləcəyimi düşündüyüm,və bunnan çox qorxduğum tək insannan danışım ? Ehh,dənizim mənim …. heç bilirsən o necə fərqlidi ? O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil …

Sonra nədən danışım? Uzaqdakı dostumnan, darıxdığımnan, onu itirməkdən qorxduğumnan da danışım sənə ?

Hər şeyi danışım ? Axı niyə ? Niyə dinliyirsən axı bizi ? Bəs niyə susursan ? Niyə heç nə demirsən ?

Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ?

Unutdunmu yoxsa ? …. Susursan yenə …

Bilirsən sevirəm səni … Susqunluğunu ,soyuqluğunu sevirəm … Qəddarlığını sevirəm …

Bir gün qucağına atılsam,məni udacağını bilirəm … Öpsəm yanaqlarınnan, dodaqlarım donacaq , bilirəm … dalğalarınla rəqs əslində çıxılmaz labirintdi … Sənə toxunmaq,bəlkə də sehirli qaranlıq ölümdü …Bilirəm …

Amma olsun … Qəddarlığını sevirəm …

Dənizim mənim … İnsanlar toxunsun istəmirəm … varlığımı,real olduğumu anlasınlar istəmirəm… Sən toxun …

Al götür məni buralardan … Gəl gedək de,mənə … gedək buralardan … Apar sehirli,sualtı dünyana… Oğurla məni insanlardan …

Həmişə mən onların haqsızlıqlarınnan,pisliklərinnən danışdım sənə. Qoy bu dəfə də onlar,sənin qəddarlığınnan danışsınlar …

Qoy bu dəfə də,mən bir hekayə olum … Danışılıb-danışılıb unudulum …

Qoy bu dəfə qorxularımı, ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına. Qoy qarışaq bir birimizə dənizim…

Qoy sən olum mən də … insan olmaqdansa … su damlası olum səndə …

Yalan.
O mənəm …

Zülmətin işığı oldum bir zamanlar …

Qırmızı, parlaq, işıq.

İndisə sadəcə kölgəyəm …

Korların görə biləcəyi kölgə …

Saxtayam …

Gözlərimdəki parıltı da yalandı …

Mən də yalanam …

Aldandın, sən də?

Səni qınamıram…

Az qala mən də inanacaqdım …

Öz yalanlarıma …

Hər şey oyun idi əslində …

Amma çox yaxşı oynadım …

Hər dəfə daha da ustalaşıram deyəsən …

Qəddarlaşıram …

Çox ağladın ?

Əslində bu reallıq mənə zövq verir, bilirsən?

Sevirəm göz yaşlarını …

Yanan qəlbimə çilənən su olur sanki …

Rahatladır məni …

Zövq alıram …

Qəddarlaşıram …?

Həəəəəəəəəəəəəəəəə …

Hər saniyə daha da qəddarlaşıram …

Sevmirəm heç birinizi …

Çox istəmirəm …

Oynayıram, bezəndə də çıxıb gedirəm …

Geridə kim qalır heç vecimə də deyil …

Nə çoxdu dünyada aldanan …

Küləklə sovrulanlar.
Həyatımı dondurmuşdum bir neçə müddətlik. Bəlkə sadəcə mən elə düşünmüşdüm. Dur demişdim guya … əsən küləyə də, axan suya da, saatın əqrəblərinə də dur demişdim … Getmiyəcəkdilər, tərk eləmiyəcəkdilər …Zaman duracaqdı …

Sonra qaldığım yerdən davam eliyəcəkdim həyata …

İndi o müddət bitib. Bu gün kitab-dəftərlərimi səliqəyə salırdım, bir neçə həftəlik sağollaşacaqdım onlarla. Məhəttəl qaldım, nə qədər qeydlərim varmış … Demək olar ki, hər səhifədə, nəysə var … Yazacağım mövzular, məni düşündürən açar kəlimələr … Artıq heç nəyi açmağa qadir olmayan açar kəlimələr …

İnsanın hisslərdən qorxmasınnan, texnikanın qəddarlığınnan, içində bircə palma olan adada yaşamaq istəyimnən, yalannan, ölməkdən,getmə deyə bilməməkdən yazacaqdım …

Bəs niyə yazmıram ? Niyə qaldığım yerdən başlıya bilmirəm ?…

Əslində həyatı durdurduğum yerdə olub olmadığımı belə bilmirəm… Qorxuram gözümü açmağa… İçimdəki hissin reallaşmasınnan qorxuram bəlkə də … Hiss eliyirəm bunu … Sanki bir axına qoşulub uzaqlara getmişəm …

bilmirəm … Əvvəl hardaydım …indi hardayam …???

Açıram gözlərimi.

Bu kimin həyatıdı ? Bu insanlar kimdi? Axı mən onları tanımıram? Tanıdığım insanlar, ya da tanıdığımı sandığım insanlar hara getdi bəs ? Hardasız axı ?… Niyə yoxsuz ?

Bura haradı ? … Bu dünya … çox yaddı? Bəs hanı balaca xəyal dünyam? Kim uçurtdu xəyallarımı ?

Cavabsız suallar … Acizəm …

Uff … Sıxıldım lap …Bezdim … İyrəndim …

Gedəcəm buralardan … Hamınızın yanından, yaddaşınızdan, xatirələrinizdən, hətta öz beynimdəki dünyamdan da gedəcəm…

Qaçacam … Gücüm yetənə qədər … Nəfəsim kəsilənə qədər … Bacardığım qədər uzağa qaçacam …

Yoluma düşən göz yaşlarım mənnən qalan son xatirə olacaq … Hər damlasında bir xəyal -> Imaginnən bir parça olacaq …

Amma Imagin bir də heç vaxt olmayacaq … Bəlkə varlıqla yoxluq arasında bir ruh olacaq … ya da sadəcə kölgə … Amma xəyal olmayacaq …

P.S – Əldə məktub … Üçcə kəlimə yazılı … Gözləmə … Bağışla … Əlvida

Müharibənin izləri.
19 ilimi geridə qoydum, 19 payız yaşadım. Bu 19 ilde çox şeylər gördüm, çox səhnələrə şahid oldum.

Öncə doğuldum. Xöşbəxt idik oralarda. Torpağım mənim, qoruyurdu bizi. Amma biz onu qoruya bilmədik. Müharibə …

Mən tankların kölgəsində böyüdüm. Evimizin pəncərəsindən baxanda 2 nömrəli batalyonun həyəti gorünürdü. Dayım da əsgər idi. Hərdən bizə gəlirdi. Oyuncaq almırdı mənə. Nə gətirirdi bilirsiz? Heç təsəvvürünüzə də gəlməz. Dayım hər dəfə bizə gələndə mənə bir xeyli güllə gətirirdi. Hə, güllə. Amma işlənmiş, boş. Ən sevimli oyuncağım idi güllələr. Onlarla oynayırdım.

Onda mənim 3 yaşim vardı. Qəribədi amma ,heç nəyi unutmamışam. O zaman olan hər şey köhnə bir filmin epizodları kimi keçir gözümün önündən.

Heç unutmadığım bir üz var. Sonradan bildim ki, adı Aqil imiş. Qonşumuz idi. Genc, yaraşıqlı və də çox cəsur tankçı. Niyə idi? Çünki artıq o, yoxdu. Şəhid olub Vətən uğrunda. Mən onun tankında dəfələrlə olmuşam. Necə? O, — Bu balaca mənə uğur gətirir. — deyirdi. Bağçamızdan yığdığım çiçəkləri ona verirdim. O, da bu çiçekleri tankına düzürdü. Sərt dəmirlər arasında zərif çiçəklər, elə müharibənin ortasındakı balaca qız kimi qorxurdu.

Mənim laylam silahların səsi, oyuncağım güllələr, çizgi filmim müharibə oldu. Elə beləcə də böyüdüm. Torpağimdan kənarda keçirdiyim 15 il mənə çox şey öyrətdi. Böyüdükcə yaşadığım dəhşəti daha yaxşı anlayırdım. Siyasətə, çirkin oyunlara qurban gedən torpağım. Mən utaniram xəritəyə baxanda. Səni niyə qara haşiyəyə alıblar. Qəlbiqara siyasətçilər… Səni qurban verənlər, kimi vəzifəyə, kimi pula. Bəs görəsən onlar utanmır? Mənim kimi, neçə gəncin gözlərində hələ də minalar partlayir. Hələ də qulaqlarımızda silahların səsi, hələ də o dəhşət.

Ehh canım torpağım, boş insanlar səni unutdular. Çünki, bu boş insanlar anlamırlar ki, kökləri səndədi. Sənsiz boy ata bilməyəcəklər, heç çiçəkləri də açmayacaq. Günü-gündən quruyacaqlar – don vurmuş ağaclar kimi. Mənsə yenə tək, yenə yalnız qalacam qurumuş ağaclar kölgəsində.

Mən təkəm. Bəs insanlar hardadi? – Mənasız bayramlarda,səbəbsiz konsertlərdə. Gözlüyürlər, fanoqram sədaları altında…

Nəyi gözlüyürlər? – Nəyi olacaq? Sondakı böyük atəşfəşanlığı. Axı bu gözəldi …

Mən bu göydə partlayan, al-əlvan fişənglərə nifrət eləyirəm. Təkcə ona görə yox ki, xalqın pullarını – bizim milyonlarımızı gic-gic şeylərə xərcləyirlər. Həm də ona görə ki, bu fişənglər topdan atılır. Top səsi, onun yaratdığı əks-təsir, titrəyiş mənə o günləri xatırladır. — həyəcan siqnalı, vahiməli üzlər, top mərmilərindən qorunmaq üçün zirzəmidə keçirdiyimiz onca gecə –

Bizsə topdan hələ də fişəng atmaq üçün istifadə edirik. Camal Əli demişkən : ELƏ BİL AXI MÜHARİBƏ ŞƏRAİTİNDƏYİK.

Amerika, Avropa, Rusiya … hegamonların əlində oyuncaq olmuşuq. Onlar qazanacaqlar deyə biz, mənliyimizdən olmuşuq.

Bəlkə bəsdi, hə? Bəlkə oyanaq? Açaq gözlərimizi, reallığı görək. Vaxtı deyil,birləşməyin? Üsyan eləməyin, haqqımızı tələb etməyin vaxtı deyil? Məncə vaxtıdı, hər saniyə ziyanımıza işləyir hətta. Boş keçən hər saniyə məğlubiyyətə aparır.

Oyan Millətim, yalvarıram, bəsdi yatdın, oyan!!

UNUTMA TORPAĞIMI!!

Uçurum.
Ürəyinin səsini eşidirdi. Hər addım onu daha da yaxınlaşdırırdı sona. Bir addım daha … Sonun başlanğıcındaydı artıq. Niyəsə ona elə gəlirdi ki,bu son özü bir başlanğıcdı. Uçmaq istiyirdi … Sadəcə uçmaq …

Uçurumun kənarında xəfif rüzgar üzünü, saçlarını tumarlıyırdı. Bu nəvaziş ona o qədər yad idi ki. Saçına çəkilən son sığalı belə unutmuşdu.

Birdən niyəsə uşaqlığını xatırladı. Kimsəsizliyini … Uşaq evindəki rəfiqələrini. Hər şey nə qədər uzaqdaydı. İndi onlar belə yox idilər. Bir vaxtlar yalnızlığını paylaşdığı uşaqlar, indi böyümüşdülər. Kim bilir, harda nə eliyirdilər. Bəlkə də onlar da onun kimi əsir olmuşdular yalnızlığa.

Bilmirdi… Saniyələr də ləngimişdi uçurumun kənarında. Bütün həyatı gözlərinin önündən keçib gedirdi, bir ucunnan tutub saxlamaq istəyirdi xatirələrin. Bacarmırdı …

Çarəsizliyi böyüdükcə, içindəki uçmaq həvəsi də böyüyürdü. Uçmaq istəyirdi. Uçurumları sevənlərin qanadları olmalıydı axı… Onun da varıydı görəsən?

Sevirdi uçurumları. Bəlkə də sevməyə insanlar olmamışdı yanında. Uçurumlardan başlamışdı həyatı sevməyə. İlk uçurumunu hələ 18 yaşında tanımışdı. Həyat birinci silləsini vurmuşdu üzünə. İzi hələ də qalırdı.

Xatırladıqca unutmaq istiyirdi. Daha bir addım … Çox az qalmışdı artıq. Bircə addım ayırırdı onu …

Uçaçaqdı… Qanadları belini cırıb çıxacaqdı… Küləklə rəqs eliyəcəkdi səmada.

Amma onu da bacarmadı. Yoxmuş qanadları… Günahları vardı sadəcə – artıq qaldıra bilməyəcək qədər ağır, hər saniyə daha da ağırlaşan yük kimi asılmışdı çiynindən qanad əvəzinə. Bu yük onu uçurumun dibinə çəkirdi, zülmətə… Belə olacağını düşünməmişdi heç… Yanılmışdı … İşi təəssüf qırıntılarına qərq olsa da, geri yol yox idi artıq.

P.S – Mən inanmıram ki, 1 dəqiqə, versin 61 saniyə. Və o əlavə 1 saniyədə, qışqırım … TÖVBƏ …

Hesabat.
Doğma klaviatura … və başladıq.

Hesabat vaxtıdı.

Həyat, bu günə kimi ən yaxşı müəllimim oldu. Bildiklərini simiclik göstərmədən öyrətdi mənə. Öyrəndiyim ilk qayda:

– yalanların, fırıldaqların, səhvlərin, günahların sonu yoxdu bu dünyada.

Hər dəfə, göz yaşları içində “bir daha aldanmayacam” dediyim günləri xatırladım niyəsə. Necə də sadəlövmüşəm bir zamanlar.

Sonra inandığım, sevdiyim insanların necə tərk etdiklərini xatırladım.

Gün oldu dost sandığım insanlar da çəkdi getdi. Geriyə belə dönüb baxmadılar.

Onda böyük sevgilərin olmadığını anladım. Bir daha sevmərəm sanırdım, amma yenə yanıldım.

Çox şükür Allah o tərk edənlərin peşmançılıqlarını da göstərdi mənə.

Dönənlər oldu amma hər şey əvvəlki kimi olmadı.

Mən insanlara qıraqdan baxmağı, hər şeyin bir səbəbi vardır deməyi öyrəndim. Amma əslində bu səbəblərin bəhanə olduğunu çox yaxşı bilirdim.

Bəs onda niyə nifrət eləmirsən onlara? – dedim özümə.

Cavab gəldi özümdən: Nifrət və kin içində hazırladığın bir zəhər kimidi. Birini zəhərləməsən özün zəhərlənəcəksən.

Düşündüm və haqq verdim özümə.

Yalan danışanların gözünə baxanda ordakı boşluğu gördüm. Yazığım gəldi, dediyi yalanlara inanan zavallılara.

Aldatmağa özündən başlayanlara acıdım hər zaman.

Mən insanları tanıdıqca uzaqlaşdım olardan. İçimə qapandım.

Onda da zəifdi dedilər.

Amma mən güclənirdim günü-gündən. Sadəcə bunu görmüyəcək qədər kor idilər.

Görənlər də “Çox dəyişmisən” dedilər narazı bir ifadəylə.

Bu zaman Nitşeni xatırladım. —  Zəiflər bizi öz gücümüzdən utandırdıqları üçün qalib gəlirlər –

Bütün bunları dərk edərkən, düşüncələrimi gizlətməyi öyrəndim.

Həyatı film kimi seyr edib də nəticə çıxarmağı, insanları göründükləri kimi yox, olduqları kimi görməyi öyrəndim.

Amma mən yeni şeylər öyrəndikcə, həyat yeni ixtiralar etdi. Mən gücləndikcə, həyatın çətinlik dərəcəsi yüksəldi.

Onda özümə sual verdim: — Neçə aldım bu sorğudan?

Cavab gəldi — Özünü dərk edə biləcək qədər güclü, həyatı dərk edə bilməyəcək qədər zəifsən.